Xəbər lenti

Alimlər: Qoxu itkisi 139 xəstəliklə əlaqəli ola bilər
Sağlamlıq 20:44 26.01.2025

Alimlər: Qoxu itkisi 139 xəstəliklə əlaqəli ola bilər

Kaliforniya Universiteti və Oksford Universitetinin alimləri 139 müxtəlif xəstəliyi müşayiət edən iybilmə funksiyasının pozulması ilə iltihab arasında əlaqəni müəyyən ediblər. 

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Frontiers in Molecular Neuroscience” jurnalında dərc olunub.

Alimlərin fikrincə, qoxu itkisi təkcə simptom deyil, həm də xəstəliklərin inkişafına kömək edən aktiv amil ola bilər.

Tədqiqatçılar nevroloji, somatik və irsi xəstəlikləri olan xəstələr haqqında məlumatları təhlil edərək, qoxu pozğunluğunun ürək çatışmazlığı, xərçəng, ağciyər, qaraciyər və böyrək xəstəlikləri kimi şəraitdə baş verdiyini təsdiqləyiblər. 

Əhəmiyyətli bir kəşf qoxu sistemini zədələyən iltihabın beynin və bədənin digər hissələrinə yayılma qabiliyyətidir.

Bundan əlavə, elm adamları qoxu itkisinin idrak pozğunluğunun inkişafını və ölüm riskinin artmasını ənənəvi risk faktorlarından daha dəqiqliklə proqnozlaşdıra biləcəyini aşkar ediblər.

Tədqiqat həmçinin müəyyən edib ki, lavanda, evkalipt və ya rozmarin kimi xoş qoxulara gündəlik məruz qalma yaddaşı və idrak funksiyasını yaxşılaşdıra bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->