Xəbər lenti

Alimlər sirli Denisovalıların həyatı haqqında məlumat tapdı
Dünya 21:39 04.07.2024

Alimlər sirli Denisovalıların həyatı haqqında məlumat tapdı

Çin, Danimarka və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu Denisovalıların - müasir insanların və neandertalların sirli və az öyrənilmiş qohumlarının sümüklərini və alətlərini tapıblar. 

Qaynarinfo xəbər verir ki, araşdırma "Nature" elmi jurnalında dərc olunub.

Komanda dəniz səviyyəsindən 3280 metr yüksəklikdə yerləşən Baişiya karst mağarasında 2,5 mindən çox müxtəlif qalıq aşkar edib. Qədim zülalların təhlili göstərib ki, Denisovalılar ət və dəriləri üçün çöl qoyunlarından, marmotlardan və quşlardan tutmuş yaxalara, xallı hiyenalara və hətta yunlu kərgədanlara qədər müxtəlif növ heyvanları ovlayıb.

Tədqiqatçılar qeyd ediblər ki, Denisovalıların cəsədlərin dərisini soymaq və ət kəsmək üçün alətləri olub.

Kopenhagen Universitetinin molekulyar antropoloqu Friedo Uelker deyib: "Bizim Denisovalıların sağ qalma yolu ilə bağlı ilk məlumatımız var və onların müxtəlif növ heyvan ehtiyatlarını çıxarmaq, istifadə etməkdə çox bacarıqlı olduqlarını öyrəndik".

Arxeoloqlar həmçinin 48.000 ilə 32.000 il arasında olan Denisov qabırğasının bir parçasını qazıb müəyyən edibıər. Bu növün bu günə qədər məlum olan ən gənc fosilidir.

Tibet yaylasında əvvəlki ekspedisiyalar zamanı elm adamları yaşı 160 min ildən az olmayan Denisovalıların sümüklərini tapıb.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->