Xəbər lenti

Alimlər sübut etdi: Pifaqor teoremi Pifaqorun özündən min il əvvəl Babildə yaranıb
Dünya12:15 29.08.2025

Alimlər sübut etdi: Pifaqor teoremi Pifaqorun özündən min il əvvəl Babildə yaranıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Arxeoloqların apardığı tədqiqatlar göstərib ki, məşhur Pifaqor teoremi əslində qədim Babilistanda Pifaqorun doğumundan min il əvvəl istifadə olunub. Bu nəticəyə gil lövhələrin deşifrəsi zamanı gəlinib.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələrini "Iflscience" nəşri yayıb. 
Ən qədim sübutlardan biri üzərində "IM 67118" kodu yazılmış gil lövhədir. Həmin lövhədə düzbucaqlının diaqonalı, bu gün Pifaqor teoremi kimi tanınan riyazi prinsip əsasında hesablanıb. Lövhənin eramızdan əvvəl 1900–1600-cü illərə aid olduğu bildirilir. Bu isə Pifaqorun (təxminən e.ə. 570-ci il) doğumundan xeyli əvvəlki dövrə təsadüf edir.
Başqa bir tapıntıda isə kvadratın üzərində üçbucaqlar və işarələr əks olunub. Lövhənin təhlili göstərib ki, qədim riyaziyyatçılar kvadratın tərəfi ilə diaqonalı arasındakı nisbəti bilirdilər. Bu, tarixdə irrasional ədədin ilk nümunəsi hesab olunur.
Mütəxəssislər qeyd edir ki, hərçənd Pifaqordan əvvəl bu prinsip məlum olub, teoremin adı dəyişməyəcək. Çünki Pifaqor yalnız bu teoremi təbliğ etməklə kifayətlənməyib, həm də Cənubi İtaliya ərazisində elmi məktəb quraraq riyaziyyat və fəlsəfə sahəsində mühüm irs qoyub. Şagirdləri və davamçıları öz nailiyyətlərini də ustadlarına aid etdiklərindən, teorem onun adı ilə bütün dünyada tanınıb.
Aydın