Xəbər lenti

Alimlər Yer kürəsinin buzlaqlarını kütləvi şəkildə itirəcəyini proqnozlaşdırır
Dünya 23:23 01.06.2025

Alimlər Yer kürəsinin buzlaqlarını kütləvi şəkildə itirəcəyini proqnozlaşdırır

İsveçrə, ABŞ, Belçika və digər ölkələrdən olan beynəlxalq tədqiqat qrupu müəyyən edib ki, hazırkı istiləşmə templəri davam edərsə, 2100-cü ilə qədər Yer kürəsinin buzlaq kütləsinin üçdə üçü (76%-ə qədər) yox olacaq. Bu isə dəniz səviyyəsinin 23 sm qalxmasına və bir sıra digər geri dönməz fəsadlara səbəb olacaq. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "Science" elmi jurnalında dərc olunub.

Ən ciddi narahatlıq doğuran bölgələrdən biri Alyaskadır. Qlobal miqyasda üçüncü ən böyük buzlaq ehtiyatına (16 246 qiqaton) sahib olan bu ərazi 69% buzlağını itirə bilər. Hətta ən nikbin ssenaridə belə Alyaska öz buzlarının 41%-ni, dünya üzrə isə buzlaqların ümumilikdə 47%-i itiriləcək.

Əvvəlki tədqiqatlardan fərqli olaraq bu model 2100-cü illə məhdudlaşmır, buzlaqların tam "tarazlıq" vəziyyətinə çatacağı uzunmüddətli dövrü də əhatə edir. Məsələn, Alyaska üçün bu dövr 330 il davam edə bilər. Araşdırmada 10 ölkədən 21 alim iştirak edib və onlar 200 min buzlağı təhlil etmək üçün səkkiz fərqli iqlim modeli tətbiq ediblər.

Alimlər vurğulayır ki, hətta qlobal istiləşmə bu gün dayandırılsa belə, iqlimdəki "inersiya” səbəbindən buzlaqların əriməsi yüzillərlə davam edəcək. Bu isə Yer kürəsinin donmuş təbəqəsi – kriosferanın qorunması üçün cari onilliyi həlledici edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->