Xəbər lenti

Alimlər yuxuları reallığın davamı adlandırdı: 24 min yuxu təhlil edildi
Sağlamlıq14:40 27.08.2020

Alimlər yuxuları reallığın davamı adlandırdı: 24 min yuxu təhlil edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İnformatika mütəxəssisi Alessandro Foqli və İtaliyanın Roma Tre Universitetindəki həmkarları yuxuların gerçək həyatın davamı olduğunu iddia edən yuxu davamlılığı hipotezini sınaqdan keçiriblər.
Qaynarinfo xəbər verir ki, bunun üçün tədqiqatçılar yuxugörmə hesabatlarından lazımlı məlumatları qısa müddətdə çıxarmağa imkan verən bir alqoritm hazırlayıblar. Buna 1966-cı ildə Holl və Van de Kasl tərəfindən yaradılan yuxu analiz sistemi kömək edib. Bu sistem yuxuları personajlar, qarşılıqlı münasibətlər və bu qarşılıqlı münasibətlərdən yaranan duyğular baxımından şərh edir.
Foqlinin alqoritmi sayəsində, DreamBank bazasında yerləşdirilmiş 24 minə yaxın yuxugörmə hesabatını tez bir zamanda təhlil etmək mümkün olub. Alimlər əldə edilən nəticələri adi yuxuyozmalarla müqayisə edərək alqoritmlərin 75%-inin terapevtlərlə eyni nəticəyə gəldiyini müəyyənləşdiriblər. Tədqiqat zamanı komanda fasiləsizlik fərziyyəsini sınaqdan keçirib və ən çox yuxulardan "statistik işarələrdən" "çıxarmağı” bacarıb: gerçəkliyin təhrif olunmuş əks olunması kimi çıxış edə biləcək real insanlar və onların qarşılıqlı əlaqələri.
Gələcəkdə yuxuların analizinə bu cür alqoritmik yanaşmalar, indi çox vaxt alan və çətib proses olan adi yuxuyozmaların vacib aspektlərinin kəmiyyət qiymətləndirmələrini asanlaşdırmağa kömək edəcək. Foqliyə görə, yeni alqoritm bir gün "real həyat və yuxular arasındakı mövcud uçurumun arasından körpü salan texnologiyalara" çevrilə bilər. Bu haqda "Royal Society Publishing”nin materialında deyilir.
Daha əvvəl gündüz yuxularının ölümcül ola biləcəyi bildirilmişdi.
Alpər