Xəbər lenti

Alimlərdən yerdəki təkamülün səbəbi ilə bağlı vacib kəşf - 37 km-lik asteroid...
Dünya 23:41 22.10.2024

Alimlərdən yerdəki təkamülün səbəbi ilə bağlı vacib kəşf - 37 km-lik asteroid...

Harvard və Stenford universitetlərindən olan amerikalı alimlər belə qənaətə gəliblər ki, Yer kürəsində həyatın inkişafı təxminən 3,26 milyard il əvvəl nəhəng meteoritin vurması nəticəsində xeyli sürətlənib. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "Proceedings of the National Academy of Sciences" (PNAS) elmi jurnalında dərc olunub.

S2 adlanan hipotetik asteroidin ölçüləri 37 ilə 58 kilometr arasında olub və bu, onu Everest dağından 4-6 dəfə, dinozavrları məhv edən meteoritdən isə 200 dəfə daha böyük edir.

Bu ölçüdə bir obyektin düşməsi okeanı qarışdırıb, onun üst qatını buxarlandırıb və atmosferi qızdırıb. Qalın bir toz buludu planeti bürüyüb və bütün fotosintetik fəaliyyəti dayandırıb.

Kataklizmdən sonra bakteriya həyatı tez bir zamanda bərpa olunub, nəticədə yaranan dəmir və fosfor bolluğu sayəsində çiçəklənməyə başlayıb. Dəmir dənizin dərinliklərindən qaldırılıb, fosfor da meteoritlə birlikdə Yerə düşüb.

Tədqiqatçıların gəldiyi qənaət qədim süxurların baş verdiyi yerlərdə toplanmış geoloji nümunələrin təhlilinə əsaslanır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->