Xəbər lenti

Alkoqolizmdən sonra beynin nə qədər müddətə bərpa olunub?
Sağlamlıq 17:27 12.11.2023

Alkoqolizmdən sonra beynin nə qədər müddətə bərpa olunub?

Stenford Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, içki içməyi dayandırdıqdan sonra beynin bərpası 7 ay çəkir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Alcohol" jurnalı yazıb.

Alkoqoliklər beyin qabığının nahiyələrinin incəlməsi səbəbindən daha yüksək idrak funksiyalarında pozğunluqlar yaşayırlar. Əvvəlki araşdırmalar göstərib ki, beynin bəzi hissələri spirtli içki qəbul etməyi dayandırdıqdan sonra bərpa oluna bilir, lakin bunun nə qədər vaxt aparacağı məlum deyil.

Müəlliflər müalicə alan alkoqolizmdən əziyyət çəkən 40 nəfərin MRT müayinəsini təhlil ediblər. Beyin skanları alkoqoldan imtina etdikdən bir həftə, bir ay və 7,3 ay sonra aparılıb.

Alkoqolizmi olan insanlarda korteksin ən bariz şəkildə bərpası alkoqoldan imtina tarixindən 7,3 ay sonra müşahidə edilib. Bu müddətdən sonra 34 hadisədən 24-də beyin normal vəziyyətə düşüb. Ən intensiv bərpa alkoqoldan imtinanın ilk həftəsi ilə ilk ayı arasında baş verib, sonra proses yavaşlayıb. Yüksək qan təzyiqi və ya xolesterol səviyyəsi olan insanlarda, eləcə də siqaret çəkənlərdə proses ümumiyyətlə daha yavaş gedib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->