Xəbər lenti

Alla Puqaçova ana oldu
Dünya04:58 07.10.2013

Alla Puqaçova ana oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya estradasının primadonnası, 64 yaşlı Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkin valideyn olublar. Əkizlər - oğlan və qız uşaqları sentyabrın 18-də surroqat anadan dünyaya gəliblər. Trend-in məlumatına görə, bunu müğənninin mətbuat katibi Yelena Çuprakova deyib.

Y.Çuprakova bildirib: "İki uşaq - oğlan və qız - doğulub. Mən təfərrüatları bilmirəm, lakin onları surroqat ana dünyaya gətirib. Əkizlər sentyabrın 18-də anadan olublar. Qızın adını Liza, oğlanın adını isə Harri qoyublar".

Qeyd edək ki, A.Puqaçova və M.Qalkin rəsmi olaraq 23 dekabr 2011-ci ildə ailə həyatı qurublar.


Qaynar.info