Xəbər lenti

Alman əks-kəşfiyyatı keçmiş rəhbərini araşdırmağa başladı - "Bild"
Dünya11:42 16.08.2023

Alman əks-kəşfiyyatı keçmiş rəhbərini araşdırmağa başladı - "Bild"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyada Konstitusiyanın müdafiəsi üzrə federal idarə (BfV) keçmiş rəhbəri Hans-Georq Maasen haqqında məlumat toplamağa başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” Bild-ə istinadən yazır.
Nəşrin məlumatına görə, BfV-nin əməkdaşı Federal cinayət işləri üzrə idarədən Maasenlə bağlı araşdırma aparmağı xahiş edib.
Materialda deyilir ki, "Reyxsbürqer” işi üzrə aparılan istintaq çərçivəsində Maasen haqqında məlumatlar toplanmağa başlayıb. Müstəntiqlər dəstələrdən birinə qarşı məhkəmə prosesində şahid rolunu oynamalı olan frankfurtlu iş adamının telefon danışıqlarını dinləyiblər. Bu sahibkar evində axtarış apardıqdan sonra Maasenə zəng edərək əməliyyat barədə məlumat verib.
Konstitusiyanın müdafiəsi üzrə federal idarə və Federal cinayət işləri üzrə idarədən Müdafiəsi İdarəsi və Federal Cinayət İdarəsi Maasenlə bağlı sorğunun mövcudluğunu inkar etmir.
Maasen özü keçmiş həmkarlarının hərəkətlərini şərh etməkdən imtina edib.
"Mən sorğu haqqında eşitdim. Bundan qəzəbləndim və keçmiş həmkarlarımın mənim haqqımda hansı məlumatları saxladıqları barədə məlumat tələb edəcəyəm", - Maasen bildirib. 
"Reyxsbürqerçi”lər hazırki Almaniya dövlətini tanımayan ekstremist hərəkatdır və onun üzvləri özlərini "Alman Reyxinin” vətəndaşı hesab edirlər.
2022-ci ildə Almaniyada siyasətçiləri oğurlamaq və Bundestaqı basqın etməyi planlaşdıran "Reyxsbürqer” hərəkatının üzvlərinə qarşı genişmiqyaslı xüsusi əməliyyat başlayıb.
Nizami Bağırov