Almaniya bildirir ki, rus əsgərlərinin Ukraynanın Buça şəhərində törətdiyi qətliamla bağlı danışıqları ələ keçirib.
Qəzet Almaniya kəşfiyyat rəsmisinə istinadən yazır ki, əldə edilmiş iki ayrı söhbətdə rus əsgərləri ukraynalı vətəndaşları və əsgərləri necə sorğu sual etmələri, daha sonra onları necə güllələmələri barədə danışırlar.
Ələ keçirilmiş danışıqların bəziləri Buça şəhərində olan qətl yerləri ilə uyğun gəlir. Bir söhbətdə rus əsgər velosiped sürən bir nəfəri öldürdüyünü bildirir.
Ruslar şəhərdən çıxandan sonra velosipedinin yanında öldürülmüş bir nəfərin fotoları yayılıb.
Rusiya qəti şəkildə Buça şəhərində qətllərdə iştirak etmədiyini və qətliamı əks etdirən fotoların montaj olduğunu bildirir.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya işğalında olan digər şəhərlərdə də rus ordusu tərəfindən qətliamların törədiliyini bildirir.
Nurlan Hüseynov