Xəbər lenti

Alman polisi səhiyyə nazirini qaçırmaq istəyən təhlükəli qrupu həbs etdi
Dünya09:28 15.04.2022

Alman polisi səhiyyə nazirini qaçırmaq istəyən təhlükəli qrupu həbs etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölkədə vətəndaş müharibəsi yaratmaq və demokratiyanı məhv etmək istəyən dəstə alman polisi tərəfindən zərərsizləşidirilib. 
Qaynarinfo bu barədə BBC-nin məlumatına istinadən xəbər verir.
İttihamçılar bildirir ki, ifrat sağçı qruplara və anti-kovid hərakata bağlı dəstə ölkəni qaranlığa qərq etmək üçün elektrik stansiyalarını partlatmağı planlayırmış. 
Onlar həmçinin koronavirusla bağlı ciddi nəzarət mexanizmlərini dəstəkləyən səhiyyə nazirini qaçırmaq niyyətindəymişlər.  
Özünü "Vətənpərvərlər Birliyi” adlandıran qrup "Reyx vətəndaşları” təşkilatına aiddir. Bu qrupun üzvləri Alman dövlətini inkar edirlər.
Alman prokurorluğu açıqlamasında bildirib ki, qrupun məqsədi ölkədə uzun müddətli elektrik verilməsini dayandırmaq olub. 
"Məqsəd vətəndaş müharibəsinə oxşar vəziyyət yaradaraq Almaniyada demokratik sistemi devirmək olub”, - prokurorluğun açıqlamasında deyilir. 
Qrup alman polisinin keçirdiyi bir neçə əməliyyat nəticəsində həbs edilib və onlardan "Kalaşnikov” avtomatları müsadirə edilib.
Nurlan Hüseynov