Xəbər lenti

Alman polisindən Rusiyaya sanksiyalardan yayınmağa kömək edən şirkətlərə qarşı reyd
Dünya05:45 10.02.2023

Alman polisindən Rusiyaya sanksiyalardan yayınmağa kömək edən şirkətlərə qarşı reyd

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya polisi Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edənlərlə bağlı aparılan istintaq çərçivəsində üç şirkətin ofisində axtarış aparıb.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.
Reydlər müstəntiqlərin Qərbin ixrac məhdudiyyətlərinə və istehsalçı qadağalarına baxmayaraq, milyardlarla dollar dəyərində elektron komponentlərin Rusiyaya satmaqda davam etdiyinə dair hesabatlarından sonra keçirilir.
Alman səlahiyyətliləri üç şübhəlinin evində də axtarışlar aparıb, bu zaman qeydlər, sənədlər və avadanlıqlar ələ keçirilib.
İşlə tanış olan mənbə bildirib ki, üç şirkətdən biri Almaniyada elektronika məhsullarının topdan satışı ilə məşğul olan "Smart Impex GmbH" olub və səlahiyyətlilər Türkiyədəki vasitəçi şirkət vasitəsilə elektron komponentlərə qarşı sanksiyalardan yayınmaqda şübhəli bilirlər.
Nizami Bağırov