Almaniyada 17 yaşlı yeniyetmə ölkəni gəzmək və qatarlarda yaşamaq üçün valideynlərinin evini tərk edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Business Insider"
yazıb.
Lasse Stoli adlı şəxs bildirib ki, məktəbi bitirdikdən sonra valideynlərini evi tərk etməli və ölkə daxilində qatarla səyahət etməli olduğuna inandırıb. Son 1.5 ildir ki, yeniyetmə dəmir yolunda qatara minir, uzaqdan işləyir və gecələr vaqonlarda yatır.
"Mən artıq bir il yarımdır ki, qatarda rəqəmsal köçəri kimi yaşayıram. Ölkənin bu başından o başına səyahət edirəm, Almaniyanı gəzirəm", deyə yeniyetmə bildirib
Lasse 36 kiloluq bel çantası ilə səyahət edir. Bu həcm bir yeniyetmə üçün kifayət qədər böyükdür. Stolinin sözlərinə görə, o, səyahətə ildə təxminən 10 min avro xərcləyir.
"Hər axşam mən gecə qatarına minməliyəm", deyə yeniyetmə bildirib.
Lasse başa düşür ki, o, bütün həyatını qatarlarda keçirə bilməz, lakin növbəti 6 ayda marşrutunu bitirməyi planlaşdırmır.
Aydın