Xəbər lenti

Almaniya 2 milyard avroluq
Dünya 17:20 04.01.2026

Almaniya 2 milyard avroluq "Taurus NEO" qanadlı raketləri sifariş edib

Almaniya "Taurus NEO" qanadlı raketlərinin istehsalının qurulması ilə bağlı müqavilə imzalayıb. MBDA və SAAB şirkətlərinin birgə müəssisəsi olan "Taurus Systems" yeni raketlərin seriyalı istehsalı üçün istehsal xəttinin hazırlanmasına dair sifariş alıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə MBDA mətbuat açıqlamasında məlumat verib.

Müqavilə həyata keçirildikdən sonra Almaniyada "Taurus NEO" raketlərinin iri partiyalarla istehsalına başlanılması planlaşdırılır. Bu addım Bundesverin zərbə imkanlarını və ümumilikdə Avropanın müdafiə potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək.

"MBDA Group"un strategiya üzrə icraçı direktoru Tomas Qotşild bildirib: "Taurus NEO" ilə Almaniya ən müasir dərin zərbə imkanlarını məqsədyönlü şəkildə artırır və Avropa ilə NATO-nun çəkindirmə qabiliyyətinə kritik töhfə verir".

Şirkət qeyd edib ki, yeni texnologiyaların hazırlanması üzrə işlər artıq 2024-cü ilin dekabrında imzalanmış "Taurus" raketlərinin texniki xidməti və modernləşdirilməsi müqaviləsi çərçivəsində başlanıb. Bu, "Taurus NEO" sistemlərinin mümkün qədər tez istismara hazır olmasını təmin etməlidir.

Yeni müqavilə aşağıdakıları da nəzərdə tutur:

* qabaqcıl texnoloji imkanların inkişafı;
* istehsal güclərinin genişləndirilməsi;
* genişmiqyaslı seriyalı istehsala hazırlıq.

Qiymətləndirmələrə görə, Almaniya ümumi dəyəri təxminən 2,1 milyard avro olan 600-dək "Taurus NEO" qanadlı raketi almağı planlaşdırır.

Ümumilikdə MBDA 2025–2029-cu illərdə 2,4 milyard avro investisiya qoymağı nəzərdə tutur ki, bu da Avropada artan müdafiə ehtiyacları fonunda raket istehsalının əhəmiyyətli dərəcədə artırılmasına və çatdırılma müddətlərinin qısaldılmasına imkan verəcək.

"Taurus NEO" raket haqqında nə məlumdur?

Almaniyanın əvvəlki versiyanı əvəz edəcək "Taurus NEO" qanadlı raketi barədə yeni detallar açıqlanıb. Raket yeni mühərriklə təchiz oluna bilər ki, bu da gələcəkdə Ukraynanın bu silahı əldə etməsini mümkün edə bilər.

"Taurus Systems GmbH" şirkəti "Taurus NEO" raketlərinin istehsalı üçün materiallara 400–500 milyon avro həcmində investisiya yatırmağı planlaşdırır. Bu, perspektivdə kütləvi istehsalın qurulmasına şərait yaradacaq.

Aydın

--> -->