Xəbər lenti

Almaniya 2029-a qədər Rusiya ilə müharibəyə hazırlaşmalıdır - Yeni plan
Dünya 19:19 06.06.2024

Almaniya 2029-a qədər Rusiya ilə müharibəyə hazırlaşmalıdır - Yeni plan

Bir gün əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorus bildirib ki, Almaniya 2029-cu ilə qədər Rusiya ilə mümkün müharibəyə hazırlaşmalıdır. İndi Almaniya hökuməti yeni hərbi plan - "Ümumi müdafiə üçün çərçivə direktivi"ni təqdim edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild” məlumat yayıb.
 
Sənəddə hərbi münaqişə zamanı görülməli olan tədbirlər açıqlanıb. Nəşr planın əsas tədbirlərini sadalayır:

- Plana görə, NATO qoşunları ölkə boyu şərq cinahına yerləşdirilməlidir, burada Bundesver qüvvələri də yerləşəcək;
- Zirzəmilər, yeraltı dayanacaqlar və metro stansiyaları əhali üçün müvəqqəti bunker kimi istifadə edilməlidir;
- Almaniya özünü müdafiə etdiyi müddətdə Bundestaq buraxılmamalıdır;
- Hökumət orqanları ölkənin bəzi bölgələrindən təcili evakuasiya əmri verə bilər. Ancaq ailələri ayırmaq qadağandır.
- Xəstəxanalar "uzun müddət ərzində çox sayda xəstənin qəfil axınına” hazır olmalıdır;
- Müharibə vəziyyətində Almaniya tədarük böhranı ilə üzləşir: məsələn, tərəvəz və meyvələr. Ona görə də Qida Nazirliyi qida paylanmasını normalaşdıra bilər. Hökumət buğda, çovdar və yulafı gizli yerlərdə saxlayacaq. Xüsusilə şəhər mərkəzlərində əhalini gündə bir dəfə isti naharla təmin etmək üçün təcili ehtiyat (düyü, paxlalılar) da mövcuddur;
- Hökumət orqanları şirkətləri yalnız müdafiə ehtiyacları üçün məhsul istehsal etməyə məcbur edə bilər;
- Müharibə zamanı "hərbi xidmətə çağırışçılar üçün müddətli xidmət” geri qayıdır. Bu o deməkdir ki, vətəndaşlar istənilən vaxt orduya çağırıla bilərlər;
- Məşğulluq xidməti 18 yaşdan yuxarı vətəndaşları müəyyən işlərdə işləməyə məcbur edə bilər: məsələn, xəstələrə qulluq, poçt, çörəkbişirmə sexlərində.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->