Xəbər lenti

Almaniya bu türk üçün üçün ağlayır - FOTOLAR
Dünya05:38 18.03.2014

Almaniya bu türk üçün üçün ağlayır - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qohumlarının yeganə arzusu Əli Kurtun cəsədini taparaq ailə qəbristanğında dəfn etməkdir

Almaniyanın Köln şəhərində Reyn çayına düşən azyaşlını xilas etmək istəyən türk əslli Əli Kurt axıntıya düşüb və boğularaq ölüb.

Reyn çayının kənarında oynayan 6 və 10 yaşlı iki bacı naməlum səbəbən çaya yıxılıblar. Hadisə şahidləri 10 yaşlı qızı sudan çıxarsalar da 6 yaşlı uşağı su aparıb.

Baş verənləri çayın sahilindəki evindən görən türk əslli Əli Kurt tələsik hadisə yerinə gedərək azyaşlı qızı xilas etmək üçün suya girib. Qızı sahilə doğru aparan Kurt qəfildən güclü axıntıya üşüb və sel onu aparıb. Sahildə olanlar azyaşlını sudan çıxarsalar da Əli Kurtu tapmaq mümkün olmayıb.

Xəstəxanaya çatdırılan 6 yaşlı qız xəstəxanada ölsə də, 10 yaşlı qızın vəziyyəti stabildir.

Almaniyanın nüfuzlu “Bild” qəzeti hadisəni oxucularına, “Reyn çayının udduğu qəhrəman” başlığı ilə çatdırıb.

Qohumlarının yeganə arzusu isə Əli Kurtun cəsədini taparaq ailə qəbristanğında dəfn etməkdir. //ANS PRESS