Xəbər lenti

“Almaniya Bundestaqı özünü nə zənn edir?” - İlham Əliyev
Siyasət12:48 13.07.2015

“Almaniya Bundestaqı özünü nə zənn edir?” - İlham Əliyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün xəbər verdiyimiz kimi przident İlham Əliyevin iştirakı ilə hökümətin iclası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, iclasda prezident İlham Əliyev bir çox mühüm məsələlərə toxunub. Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən haqsız hücumlar haqqında danışıb. İ. Əliyev xüsusilə Almaniya Bundestaqı ilə bağlı sərt fikirlər səsləndirib: 

 “Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var? Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyanın hakimidirmi, hamı onlara tabe olmalıdır? Görünür, onlar çox pis öyrəniblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir, onlardan asılı heç nəyimiz yoxdur. Əksinə, bizim qazımız, neftimiz, kontraktlarımız onılara lazımdır. Bizim bu regionda mövcudluğumuz onlara lazımdır”.

Qaynar.info