Keçən həftə verdiyi müsahibədə Almaniya müdafiə naziri Boris Pistorius ortamüddətli perspektivdə müharibə təhlükəsi barədə xəbərdarlıq edib. Almaniya əhalsinin 46%-i Rusiyanın Qərb ölkələrinə mümkün hücumundan narahatdır.
Qaynarinfo xəbər verir ki, bunu INSA-nın BILD üçün keçirdiyi sorğunun nəticələri
göstərir.
Respondentlərin 44%-i "narahat etmir” cavabını verib, qalanları qəti cavab verməkdən çəkinib.
Eyni zamanda, hər altı respondentdən yalnız biri hücum zamanı (məsələn, raket hücumu) müdafiəni harada axtarmaq lazım olduğunu bildiyini qeyd edib. BILD xatırladır ki, Almaniyada cəmi 600-ə yaxın hava hücumundan sığınacaq var və onların heç biri hazırda istifadəyə hazır deyil. 2007-ci ildə federal və regional hökumətlər "ictimai sığınacaqların funksional saxlanmasını" dayandırmaq qərarına gəldikdə sonra bunkerlərə xidmət dayandırılıb.
INSA sorğusuna əsasən, respondentlərin 39%-i fövqəladə hallarda qida və gigiyena ləvazimatlarına malikdir. Mülki müdafiə üzrə federal idarə (BBK) uzun müddətdir ki, qida, su, gigiyena ləvazimatları, ilk yardım dəstləri və düşərgə üçün əsas avadanlıq ehtiyatı saxlamağı tövsiyə edir.
Sorğu həmçinin göstərir ki, Rusiyadan hücum ehtimalından ən çox solçu seçicilər narahatdırlar, "Sara Vaqenknextin partiyası” və "Almaniya üçün Alternativ” partiyasının tərəfdarları isə müharibə riskinə daha az inanırlar.
Nizami Bağırov