Xəbər lenti

Almaniya indiyədək Ukraynaya nə qədər yardım edib? - MƏBLƏĞ
Dünya15:18 24.10.2023

Almaniya indiyədək Ukraynaya nə qədər yardım edib? - MƏBLƏĞ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya müaribə başlayandan bəri Ukraynaya 24 milyard avro məbləğində yardım edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Almaniya-Ukrayna iqtisadi forumu zamanı deyib.
O qeyd edib ki, bu, Berlini Vaşinqtondan sonra Kiyevin ikinci ən böyük dəstəkçisi edir. Şolts həmçinin əlavə edib ki, Almaniya gələn qışda Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 1,4 milyard avroluq yeni yardım paketi ayıracaq.
"Bura başqa şeylərlə yanaşı, "Patriot" sistemi, IRIS-T sistemi, həmçinin onlar üçün yaxınlarda buraxılmış sursatları olan daha bir neçə "Gepard" özüyeriyən zenit silahları daxildir", deyə kansler bildirib.
Oktyabrın 24-də Şolts bəyan edib ki, Avropa İttifaqına üzv dövlətlər oktyabrın sonunda keçiriləcək sammitdə Ukraynaya dəstəyi davam etdirmək öhdəliyini təsdiq edəcəklər. Onun sözlərinə görə, o, yaxın illərdə Kiyevə maliyyə yardımı göstərmək üçün müəyyən addımların atılmasını tələb edir.
Aydın