Xəbər lenti

Almaniya İsraildən 4 milyardlıq hava hücumundan müdafiə sistemi alır
Dünya19:58 14.06.2023

Almaniya İsraildən 4 milyardlıq hava hücumundan müdafiə sistemi alır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya İsraildən hava hücumundan müdafiə sistemləri alacaq. 
Qaynarinfo xəbər verir ki, alman millət vəkilləri İsraildən təxminən 4 milyard avroya "Arrow 3" hava hücumundan müdafiə sisteminin alınması üçün 560 milyon avro avans ödənişini təsdiqləyib.
Parlament mənbələri həmçinin bildiriblər ki, deputatlar təxminən 950 milyon avroya Almaniya istehsalı olan 6 ədəd "İris-T SLM" hava hücumundan müdafiə sistemlərinin alınmasına "yaşıl işıq" yandırıblar.
Sözügedən hava hücumundan müdafiə sistemləri üçün ödənişlər Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ölkənin müdafiəsini gücləndirmək üçün kansler Olaf Şolta tərəfindən açıqlanan 100 milyard avroluq fond tərəfindən qarşılanacaq. Müqavilə planlaşdırıldığı kimi getsə, Almaniyanın 2025-ci ilin son rübündə "Arrow 3" hava hücumundan müdafiə sistemi alacağı gözlənilir.
Şolts verdiyi açıqlamada, sözügedən müdafiə sərmayəsinin "yalnız Almaniya ilə bağlı olmayan böyük bir layihə" olduğunu deyib: "İşlər yavaş irəliləsə də, hər şeyin təsdiqlənəcəyinə inanırıq".
Aydın