Xəbər lenti

Almaniya, İtaliya, İsveç və İspaniya birlikdə yeni tankın yaradacaq
Dünya16:02 06.09.2023

Almaniya, İtaliya, İsveç və İspaniya birlikdə yeni tankın yaradacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya İtaliya, İspaniya və İsveçlə Leopard 2 tankının növbəti nəslini hazırlamaq üçün müqavilələr imzalayıb.
Bu barədə Qaynarinfo Handelsblatt-a istinadən xəbər verir.
Tankın hazırlanmasına Krauss-Maffei Wegmann (KMW) və Rheinmetall cavabdeh olacaq. Bununla belə, Rheinmetall və KMW müqavilə ilə bağlı məlumatı şərh etməkdən imtina ediblər. Almaniya Müdafiə Nazirliyi də müqavilənin imzalanması ilə bağlı məlumatı şərh etməyib.
Layihədə İsveçin Saab və İtaliyanın Leonardo şirkətləri də iştirak edəcək. İspaniyanı hansı şirkətin təmsil edəcəyi məlum deyil.
Qeyd olunur ki, belə bir razılaşma Fransa və Almaniya arasında münasibətlərə təsir edə bilər, belə ki, bu ölkələr 2017-ci ildə analoji saziş imzalayıblar. Üstəlik, bu ilin iyulunda hər iki tərəf imzalanmış sazişə "yeni nəfəs” vermək istəklərini bildiriblər. Lakin ölkələr tankın xüsusiyyətləri ilə bağlı razılığa gələ bilməyiblər.
Fransa kifayət qədər yüngül bir maşın hədəfləyirdi, Almaniya isə daha ağır zirehli tanka üstünlük verib.
Nizami Bağırov