Xəbər lenti

Almaniya kansleri: Putin müharibə cinayətlərinə görə məsuliyyət daşıyır
Dünya10:33 20.04.2022

Almaniya kansleri: Putin müharibə cinayətlərinə görə məsuliyyət daşıyır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya kansleri Olaf Şolz Putinin minlərlə insanın ölümünə səbəb olan müharibə cinayətlərinə görə məsuliyyət daşıdığını bildirib.
Qaynarinfo "The Local” saytına istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri mətbuat konfransında deyib.
Kansler Rusiyanın Ukraynaya hücumunu beynəlxalq hüququn açık-aşkar pozulması adlandırıb.
"Şahidlik etdiyimiz minlərlə mülki insanın öldürülməsi müharibə cinayətidir və Rusiya prezidenti buna görə məsuliyyət daşıyır”, - deyə Şolz bildirib.
O, həmçinin müharibə qurbanlarına görə çox üzüldüklərini, Rusiya prezidenti və onun mənasız müharibəsinə isə böyük qəzəb duyduqlarını deyib.
Ukraynaya lazımı silahlar göndərmədiyinə görə Alman kansler ölkəsində artan təzyiqlə üzləşib.
Qeyd edək ki, Almaniya Ukrayana indiyə qədər tank əleyhinə silahlar, raketlər və digər müdafiə silahları göndərib. Almaniya həmçinin Ukraynaya bir milyard avro yardım ayırıb.
Ancaq bir çoxları bunları yetərli hesab etmir və Ukraynaya daha ciddi silahların göndərilməsini gözləyir.
Şolz jurnalistlərin Almaniyanın Ukraynaya tank, döyüş təyyarələri və digər ağır döyüş silahları göndərməsi ilə bağlı suallardan yayınıb və istənilən qərarın dostlar və müttəfiqlərlə birgə veriləcəyini bildirib.
Nurlan Hüseynov