Xəbər lenti

Almaniya kansleri xəstəxanaya yerləşdirilib
Dünya12:15 06.01.2014

Almaniya kansleri xəstəxanaya yerləşdirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniya kansleri Angela Merkel xizək sürərkən omba sümüyünü ciddi zədələyib.
APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, bununla əlaqədar A.Merkel bu həftəyə planlaşdırılmış bir neçə rəsmi görüşünü təxirə salmaq məcburiyyətində qalıb. Merkelin təmsilçisi Stefen Seibretin verdiyi məlumata görə kansler Mövlud bayramı ərəfəsində xizək sürərkən yıxılıb və şok keçirib. Hadisə nəticəsində Almaniya kanslerinin omba sümüyü çatlayıb. Bu səbəbdən də A.Merkelin bir sıra görüşləri təxirə salınıb.

Məlumata görə, hadisə İsveçrədə baş verib.

Qaynar.info