
Almaniya kansleri Angela Merkelin İtaliyadakı tətilindən görüntüləri yayılıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Merkel həyat yoldaşı ilə birlikdə tətildədir və ötən illərdə geyindiyi geyimlərdən istifadə edib. Alman mətbuatının yaydığı məlumata görə, Merkel nəinki 2016-2017-ci illərdə, hətta 2011, 2012, 2014, 2015-ci illərdə də eyni geyim, ayaqqabı, corab və aksesuarlardan istifadə edib.
Bildirilir ki, Angela Merkel bu il digər illərdə çəkilən fotolarla müqayisədə çox kefsiz görünür.
Gülşən
Qaynarinfo.Az








