Xəbər lenti

Almaniya kanslerliyinə namizəd Lukaşenkonu "qorxunc diktator" adlandırdı
Dünya06:00 17.08.2020

Almaniya kanslerliyinə namizəd Lukaşenkonu "qorxunc diktator" adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Düşünürəm ki, öz xalqına bunları edən şəxsin dövləti idarə etmək üçün qanuni haqqı çatmır. Görürük ki, əhalinin əksəriyyətinin Lukaşenkoya dəstəyi yoxdur”. 
Qaynarinfo xəbər verir ki, bu sözləri Sosial Demokrat Partiyasından Almaniya kansleri vəzifəsinə namizəd olan Maliyyə naziri Olaf Şoltz Belarus prezidenti Aleksandr Lukaşenkodan danışarkən deyib. 
O, Belarus prezidentini "qorxunc diktator" adlandırıb:
"Vəziyyət demokratik çərçivədə inkişaf edərsə, o öz işini davam etdirə bilməyəcək. Almaniya orada baş verənləri qəbul etməyəcək. O, qorxunc bir diktatordur”.
Alpər