Çin Berlinə qarşı casusluq fəaliyyətini genişləndirir. Bununla yanaşı, Pekin siyasi casusluğa getdikcə daha çox diqqət yetirir.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniya daxili kəşfiyyatının rəhbəri Tomas Haldenvanq
deyib.
"Çin genişmiqyaslı casusluq və təsir fəaliyyətləri inkişaf etdirir. Biz onların yaxın illərdə daha da güclənməsinə hazır olmalıyıq", deyə Haldenvanq "Welt am Sonntag" qəzetinə bildirib.
O xəbərdarlıq edib ki, Çindən iqtisadi asılılıq siyasi təsir üçün istifadə edilə bilər.
"Çin öz məqsədlərinə çatmaq üçün uzunmüddətli strategiya yürüdür. Siyasi rəhbərlik artıq öz iqtisadi gücündən istifadə edir ki, bu da Almaniya və Avropanın iqtisadiyyatları ilə gərgin münasibətlərin nəticəsidir", deyə Haldenvanq qeyd edib.
Rusiyanın Ukraynaya qarşı müharibəsi Berlinin uzun illərdir Rusiyadan enerji asılılığının zəif tərəflərini üzə çıxardıqdan sonra Almaniya hökuməti avtoritar ölkələrlə iqtisadi münasibətlərini yenidən nəzərdən keçirir.
Strategiya sənədində İqtisadiyyat Nazirliyi Çinlə iş aparan firmalar üçün müntəzəm stress testləri kimi daha sərt tələblər tövsiyə edib.
Nizami Bağırov