Xəbər lenti

Almaniya Kiprə xüsusi təyinatlılar yerləşdirdi - Qəzzada alman girovlarını azad etmək üçün...
Dünya15:20 19.10.2023

Almaniya Kiprə xüsusi təyinatlılar yerləşdirdi - Qəzzada alman girovlarını azad etmək üçün...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya Yaxın Şərqdə əməliyyatlar aparmaq üçün Kiprə bir neçə xüsusi təyinatlı dəstə yerləşdirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Bild" tabloidi yazıb.
Nəşrin məlumatına görə, Bundesverin xüsusi təyinatlı elit bölməsi olan Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının (KSK) əsgərləri silahlarla birlikdə Kiprə gəlib.
"Ehtiyac yaranarsa, almanların İsrail və Livandan çıxarılması üçün xüsusi təyinatlılardan istifadə oluna bilər", deyə SWR və RND bundestaqdakı mənbələrə istinadən bildirir. 
Almaniya Müdafiə Nazirliyi KSK-nın Kiprdə yerləşdirilməsi faktını təsdiq və ya təkzib etməkdən imtina edib.
"Bild”in məlumatına görə, "döyüş üzgüçüləri” kimi tanınan Alman Hərbi Dəniz Qüvvələri və girovların azad edilməsində ixtisaslaşan polis xüsusi təyinatlı GSG 9 birlikləri də Kiprə göndərilib. Bundesver bölgədə hərbi nəqliyyat təyyarələrini də cəmləşdirib.
"Bild"in yazdığına görə, Almaniya hökuməti Yaxın Şərqdəki bütün ssenarilərə hazırlaşır və xüsusi təyinatlılar "fövqəladə vəziyyət zamanı hərbi müdafiə altında olan alman vətəndaşlarını təxliyə etmək” üçün yerləşdirilib. Nəşrin yazdığına görə, xüsusi təyinatlılar HƏMAS yaraqlıları tərəfindən girov götürülərək Qəzzada saxlanılan alman vətəndaşlarını azad etmək və ya Qəzza zolağında və Livanda işləyən Almaniya vətəndaşlarını çıxarmaq üçün istifadə oluna bilər.
"Bild" Almaniya hökumətinin bəzi alman deputatlara göndərdiyi bəyanatdan sitat gətirir: "Biz hələ başlanğıcdayıq və istənilən varianta hazırıq".
İsrail Müdafiə Qüvvələrinin oktyabrın 19-na olan məlumatına görə, HƏMAS silahlıları oktyabrın 7-də İsrailə hücum zamanı azı 203 nəfəri girov götürərək Qəzza zolağına aparıblar. Almaniya hakimiyyəti oktyabrın 14-də bu ölkənin 8 vətəndaşının girov saxlanıldığını bildirib. "Bild" mənbələri söhbətin onlarla insandan getdiyini iddia edir.
Nizami Bağırov