Xəbər lenti

Almaniya kosmik silahlara 35 milyard avro xərcləyəcək
Dünya 18:58 03.02.2026

Almaniya kosmik silahlara 35 milyard avro xərcləyəcək

Almaniya hakimiyyəti kəşfiyyat peykləri, lazer sistemləri, orbital təyyarələr və digər hərbi kosmik texnologiyaları almağı və 100-dən çox peykdən ibarət peyk bürcü yaratmağı planlaşdırır. Onlar bu məqsədlə 35 milyard avro ayırmaq qərarına gəliblər.

Qaynarinfo-nun məlumatına görə, Almaniya Aerokosmik Komandanlığının rəisi Maykl Traut Sinqapur Hava Sərgisində "Reuters" agentliyinə bildirib ki, bu tədbirlər orbitdə təhdidlərin artmasına qarşı mübarizə aparmaq məqsədi daşıyır.

General-mayor Trautun sözlərinə görə, peyk şəbəkəsi rabitə və raket izləmə üçün aşağı Yer orbitində peyklər yerləşdirən ABŞ Kosmik İnkişaf Agentliyinin (SDA) istifadə etdiyi model üzərində qurulacaq. O, həmçinin qeyd edib ki, Berlin və onun Avropa müttəfiqləri yalnız təhlükəsiz rabitəyə deyil, həm də düşmən kosmik sistemlərinə müdaxilə edə və ya onları sıradan çıxara biləcək imkanlara investisiya qoymaqla çəkindirmə mövqeyini gücləndirməlidirlər.

Traut qeyd edib ki, Almaniya orbitdə kosmik zibil yarada biləcək dağıdıcı silahlar yerləşdirməyəcək. Planlara həmçinin digər peyklərin yaxınlığında manevr edə bilən kiçik kosmik gəmilərin - müfəttiş peyklərinin istifadəsi də daxildir.

Aydın
--> -->