Almaniyanın Bremerhaven limanında çoxlu sayda ABŞ hərbi texnikası görünüb. Ehtimal edilir ki, bu texnika Ukrayna üçün nəzərdə tutulub.
Qaynarinfo xəbər verir ki, bunu, həmçinin fotonu da dərc edən Almaniyanın Nordsee Zeitung nəşri
yazıb.
"Arc Integrity" nəqliyyat gəmisində ABŞ Ordusu Bremerhavenə başqa şeylərlə yanaşı, 60 ədəd "Bradley” piyada döyüş maşını (PDM) çatdırıb. Onlar ABŞ-ın hərbi yardım paketinin bir
hissəsidir.
Bazar ertəsi, fevralın 13-də ABŞ ordusunun istifadə etdiyi limanda havadan 440-a yaxın hərbi maşın göründü.
Artıq hərbi texnikanın yüklənməsi sürətlə davam edir. Şəkildən görünür ki, PDM-lər yük maşını qoşqularındadır və yol boyu sonrakı daşınma üçün hazırlanır. Artıq Bremen istiqamətində avtobanda çənləri olan bir neçə aşağı yataqlı yük maşını görünüb.
Hərbi texnikanın birbaşa Ukraynaya çatdırılacağına dair rəsmi təsdiq yoxdur. Ayrı-ayrı texnikanın, məsələn, Polşanın ehtiyatının dairəvi mübadilə prinsipinə uyğun olaraq doldurulması da mümkündür.
"Bradly” maşınlarının Mannheymdəki ABŞ bazasına aparıldığı da bildirilir. Orada ukraynalı əsgərlərin təlim keçəcəyi ehtimal edilir.
Bərə boşaldılan zaman "Stryker” zirehli transportyorları, hava hücumundan müdafiə sistemləri olan "Avenger” maşınları diqqət çəkib. Bundan əlavə, çoxlu yük və zirehli maşınlar var.
Nizami Bağırov