Almaniya Litvadakı silahlı qüvvələrinin 42-ci tank briqadasını daimi olaraq formalaşdıracaq bölmələri barədə qərar qəbul edib.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən
xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
203-cü zirehli tabor və 122-ci zirehli piyada taboru Litvada yerləşdiriləcək. Komanda və dəstək elementləri ilə yanaşı, briqada üç döyüş taborundan ibarət olacaq.
Bu qərarı Bundesver baş müfəttişinin təklifi ilə müdafiə naziri Boris Pistorius verib. Yaranan iki tabor lazımi infrastruktur yaradıldıqdan sonra köçürüləcək.
3-cü tabor ilkin olaraq rotasiya məqsədli gücləndirilmiş döyüş komandası olaraq qalacaq. O, Almaniyada yerləşən və digər ölkələr, xüsusilə Niderland və Norveç tərəfindən gücləndiriləcək bölmələrdən ibarət olacaq.
Xatırladaq ki, Litva hakimiyyəti Rokantişkes, Şaulyay və Şilala bölgəsində üç hərbi düşərgənin tikintisinə təxminən 230 milyon avro xərcləyib.
Müdafiə naziri Arvidas Anusauskas bildirib ki, Litvaya gələcək alman briqadasının əsgərləri hazırda Rukla və Rudninkay şəhərlərində, eləcə də Vilnüsdə tikilən obyektlərdə yerləşdiriləcək.
Nizami Bağırov