Xəbər lenti

Almaniya miqrasiya problemlərinin həlli üçün regionlara 18 milyard avro ayıracaq
Dünya09:17 06.11.2023

Almaniya miqrasiya problemlərinin həlli üçün regionlara 18 milyard avro ayıracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya hökuməti miqrasiya ilə bağlı problemlərin həlli üçün federal əyalətlərə və bələdiyyələrə 18 milyard avro ayıracaq. 
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts "Mannheimer Morgen” qəzetinə müsahibəsində bildirib.
Olaf Şolts vurğulayıb ki, qaçqınların yerləşdirilməsi və inteqrasiyası bütün dövlətin problemidir. "Təkcə bu il federal hökumət miqrasiya siyasətinin problemlərinin həlli üçün federal əyalətlərə və bələdiyyələrə təxminən 18 milyard avro yardım ayıracaq", - kansler qeyd edib.
Almaniya kanslerinin sözlərinə görə, hazırda qeyri-qanuni yollarla ölkəsinə çox sayda adam gəlir. Bununla əlaqədar olaraq, Almaniya hakimiyyəti ilk növbədə yaşayış sahəsinin ayrılması və sığınacaq verilməsi ilə bağlı müraciətlərə birinci instansiyada baxılması prosesini sürətləndirmək niyyətindədir ki, bu, proses altı ay ərzində tamamlansın.
Qeyd edək ki, 2022-ci ildə Almaniyanın əhalisi Ukraynadan miqrantların və məcburi köçkünlərin axını səbəbindən kəskin şəkildə artıb. Bloomberg-in məlumatına görə, Rusiya ilə hərbi münaqişə başlayandan sonra 6,7 milyon ukraynalı Avropaya gedib. Onların əksəriyyəti hazırda Polşa və Almaniyadadır.
Nizami Bağırov