Xəbər lenti

Almaniya MN Ukraynaya silah üçün əlavə 4 milyard avro istəyir -
Dünya 17:23 09.07.2024

Almaniya MN Ukraynaya silah üçün əlavə 4 milyard avro istəyir - "Spiegel"

Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius hesab edir ki, 2024-cü ildə Ukraynaya hərbi dəstək vermək üçün daha 4 milyard avro lazımdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel” yazır.

Nəşrin məlumatına görə, Almaniya büdcəsində Kiyevi dəstəkləmək üçün ayrılan 7 milyard avro ya artıq istifadə olunub, ya da bağlanmış müqavilələr üzrə öhdəliklərə ayrılıb. 

Jurnalistlərin bildirdiyinə görə, bu ilin ikinci yarısında yeni tədarüklərin ödənilməsi üçün cəmi 200 min avrodan bir qədər az pul qalıb. Buna görə də Pistorius Almaniya Maliyyə Nazirliyinin rəhbəri Kristian Lindnerə əlavə vəsaitin - 4 milyard avronun ayrılması ilə bağlı razılıq əldə etmək xahişi ilə müraciət tərtib edib.

"Spiegel” yazır ki, Pistorius bu pulu ilin sonuna qədər Ukrayna üçün daha çox döyüş sursatı, təcili ehtiyac duyulan ehtiyat hissələri və ola bilsin, daha çox "Leopard 1A" tankı almaq üçün istifadə etmək istəyir.

"Lindner" öz növbəsində, açıq şəkildə federal hökuməti qənaətcil olmağa çağırıb. Jurnalistlərin fikrincə, həddindən artıq xərclər (məsələn, Ukrayna üçün 4 milyard avro) onun üçün xoşagəlməz ola bilər. Bununla belə, Almaniya Müdafiə Nazirliyi hesab edir ki, sursat və ehtiyat hissələrin tədarükü Ukraynanın Rusiyanın hücumlarından müdafiəni davam etdirə bilməsi üçün zəruridir.

Pistorius "Arctic Defender 2024" təlimində iştirak edən Alyaskadakı Alman hərbi kontingentinə səfəri zamanı Lindnerlə yeni pulların ayrılması ilə bağlı söhbətləri yalnız dolayı yolla təsdiqləyib.

"İndi biz əlavə vəsaitlərin səfərbər edilməsi üzərində işləyirik ki, bu il fəaliyyətimizi davam etdirə bilək”, deyə almaniyalı nazir bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->