Xəbər lenti

Almaniya mövqeyini dəyişdi: Ukraynaya ağır silahlar göndəriləcək
Dünya13:15 26.04.2022

Almaniya mövqeyini dəyişdi: Ukraynaya ağır silahlar göndəriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya Ukraynaya aviasiya əleyhinə tanklar göndərəcək.
Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri bildirib.
Almaniyadakı Ramstein Amerika hərbi bazasında müdafiə nazirlərinin görüşündə Kristin Lemberxt Alman hökumətinin "Gepard” tanklarının Ukraynaya göndərilməsi haqqında razılığa gəldiyini bildirib.
ABŞ-ın təşkilatçılığı ilə 40 ölkənin müdafiə nazirlərinin qatıldığı toplantıda rəsmilər Ukraynanın müdafiəsini gücləndirmək barədə müzakirələlər aparıb.
Amerika müdafiə naziri Ostin bildirib ki, görüş Ukrayna silahlı qüvvələrinin əlavə imkan və bacarıqlarının yaradılması üçün işlərin görülməsinə fokuslanacaq.
Fransa Ukraynaya 40 km məsafəni vura bilən "Ceaser” topu, Böyük Britaniya isə "Starstreak” aviasiya əleyhinə raket və tanklar göndərəcək. 
Bir müddətdir Ukraynaya lazımı ağır silahlar göndərməyən Almaniya hökuməti sərt tənqidlərlə üzləşmişdi.
Yeni qəbul olunan sənədlə 3 koalisiya partiyası Ukraynaya ağır silahlar göndərmək üçün parlamentə birgə təklif göndərir.
Sənəd hökuməti ağır silahlar və kompleks sistemlər daxil Ukraynaya lazımı silahların göndərilməsini davam etməyi və harada lazımdırsa, sürətləndirməyə çağırır.
Nurlan Hüseynov