Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Berlin müdafiə sektorunda "illərlə diqqətsizliyi" kompensasiya etmək niyyətindədir və buna görə də ölkənin hərbi xərcləri artaraq ÜDM-in 3,5%-nə çata bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Pistorius vurğulayıb ki, müdafiə sənayesinə maliyyə investisiyaları üçün konkret rəqəmlər Almaniya iqtisadiyyatındakı vəziyyətdən asılı olacaq.
O, həmçinin ÜDM-in 2%-i olan müdafiə xərclərinə nail olmaq üçün digər NATO ölkələrinin də Berlindən nümunə götürəcəyinə ümid etdiyini bildirib.
Aydın