Almaniyanın ədliyyə naziri Marko Buşman bildirib ki, ölkə hakimiyyəti Almaniyada yaşayan ukraynalıları səfərbərlik çağırışı olacağı təqdirdə Ukrayna ərazisinə qayıtmağa məcbur edə bilməz.
Qaynarirno xəbər verir ki, nazir bu barədə "Almaniya hökuməti Ukraynanın hərbi xidmət keçməli olan ukraynalıların səfərbərlik üçün vətənlərinə qaytarılması səylərini dəstəkləyəcəkmi" sualını cavablandırarkən danışıb.
"Ukrayna hökumətinin xaricdə hərbi xidmət keçməli olan ukraynalıları geri çağırmaq istəyini başa düşürəm. Bu tələb tamamilə qanunidir. Bununla belə, biz Almaniyada heç kimi xaricdə silahlı qüvvələrdə xidmət etməyə məcbur edə bilməyəcəyik", deyə Buşman "Welt am Sonntag" nəşrinə müsahibəsində bildirib.
2023-cü ilin sonunda Ukraynada xaricə gedənlərin səfərbər olunması ilə bağlı müzakirələr yaranıb. Bu ideyanı ilkin olaraq xarici KİV-ə müsahibəsində Ukraynanın müdafiə naziri Rustem Umerov təklif edib. Nazirlik onun sözlərinin təhrif olunduğunu hesab etsə də, Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak təşəbbüsü dəstəkləyib.
Aydın