Almaniya prezidenti Frank-Valter Ştaynmayer bildirib ki, Ukrayna münaqişəsi fonunda Berlin öz təhlükəsizliyi üçün daha çox işlər görməlidir.
Qaynarinfo xəbər verir ki, prezident bu barədə "Sueddeutsche Zeitung" qəzetinı müsahibəsində
danışıb.
O, həmçinin bildirib ki, ABŞ Avropa ölkələrindən NATO-ya daha böyük töhfələr gözləyir.
"Rusiya ilə Ukrayna arasındakı münaqişə onu göstərir ki, Almaniya özünü qorumaq üçün daha çox şey etməlidir. Bundan əlavə, ABŞ-da prezident seçkiləri yaxınlaşır", Almaniya prezidenti bildirib.
O vurğulayıb ki, seçkilərin nəticəsindən asılı olmayaraq, gələcək ABŞ administrasiyası Avropa ölkələrinin NATO-ya daha böyük töhfələrinə ümid edəcək. Ştaynmayer həmçinin qeyd edib ki, Almaniya olmadan təşkilatın müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə vermək mümkün deyil.
Aydın