Xəbər lenti

Almaniya qaz böhranı ilə üzləşəcək
Dünya08:10 24.06.2022

Almaniya qaz böhranı ilə üzləşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əgər Rusiya qazı indiki kimi az həcmdə olsa, Almaniya qaz böhranı ilə üzləşəcək və biz bəzi sənaye sahələrini bağlamalı olacağıq”.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Robert Habek Der Spiegel jurnalına deyib.
"Şirkətlər istehsalı dayandırmalı, işçilərini ixtisar etməli olacaqlar, təchizat zəncirləri pozulacaq, insanlar istilik xərclərini ödəmək üçün borca girəcəklər, onlar yoxsullaşacaqlar", - deyə Habek cümə günü Der Spiegel-ə bildirib. O əlavə edib ki, bu, Rusiya prezidenti Vladimir Putinin ölkəni parçalamaq strategiyası bir hissəsidir. "Lliberal demokratiyamızı daxildən sarsıtmaq məqsədi daşıyan populizm üçün ən yaxşı zəmindir", - deyən Habek, Putinin planlarının həyata keçməsinə imkan verilməməli olduqlarını deyib.
Almaniyanın şəbəkə tənzimləyicisi Bundesnetzagentur-un rəhbəri Klaus Müller ARD telekanalına bildirib ki, istehlakçılar elektrik enerjisi xərclərinin ikiqat və ya üç qat artması ilə üzləşə bilərlər.
Qeyd edək ki, Almaniya fövqəladə qaz planının ikinci mərhələsini işə salıb və o, uzunmüddətli qaz təchizatı çatışmazlığı riskinin yüksək olduğu dəqiqləşəndə işə başlayacaq.
Nurlan Hüseynov