Böyük 7-lik və donor ölkələr qlobal ərzaq böhranı ilə mübarizə üçün qida təhlükəsizliyi ittifaqı yaratmalıdır.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Almaniya iqtisadi əlaqələr və inkişaf naziri Svenja Şulz
bildirib.
İttifaq barədə təklif Böyük 7-lik ölkələrinə göndərilib. Alman nazir indi Vaşinqtonda onun qlobal səviyyədə təşviqatı ilə məşğuldur.
Ukrayna müharibəsinin başlanğıcından bütün dünyada ərzaq qiymətləri rekord həddə bahalaşıb. Asiya və Afrikada idxaldan asılı ölkələrdə vəziyyət kritik olaraq qiymətləndirilir.
"Biz indi Almaniyada bunu cibimizdə hiss edirik, ancaq dünyanın başqa yerlərində bu həyatda qalmaq üçün vasitə tapmaq məsələsidir”,- nazir bildirib.
Şolzun təklifinə əsasən, qlobal ittifaq donor ölkələrdən gələn yardımı kordinasiya etmək və onu böhrandan ən çox əziyyət çəkən ölkələrin ehtiyaclarına uyğunlaşdırmaqla məşğul olmalıdır.
Almaniya özü yardım etməyə hazır olduğunu ifadə edib və planlaşıdırılan ittifaq büdcəsinə 430 milyon avro maliyyə ayrılmasına söz verib.
Nurlan Hüseynov