Xəbər lenti

"Almaniya Rusiya qazı olmadan qışdan sağ çıxa bilməyəcək"
Dünya09:39 17.07.2022

"Almaniya Rusiya qazı olmadan qışdan sağ çıxa bilməyəcək"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Almaniya gələn qışı Rusiya qazı olmadan yaşaya bilməyəcək. İndi ölkədə anbarlar 65% doludur, lakin təchizat "Şimal axını 1" vasitəsilə lazımdır".
Qaynarinfo xəbər verir ki, bu bəyanatla Şəbəkələr üzrə Federal Agentliyin rəhbəri Klaus Müller "Bild am Sontag” nəşrinə müsahibəsində çıxış edib.
"Qaz anbarları demək olar ki, 65 faiz doludur. Bu, əvvəlki həftələrlə müqayisədə yaxşıdır, lakin Rusiya qazı olmadan qışdan sağ çıxmaq üçün kifayət deyil", deyə Müller bildirib.
Onun sözlərinə görə, "Şimal axını 1” boru kəməri ilə tədarüklərin sayından çox şey asılı olacaq. Onun xidməti iyulun 21-də başa çatmalıdır.
Xatırladaq ki, iyunun sonunda mətbuatda Almaniyanın qıtlıq hiss edəcəyi təqdirdə qonşu ölkələrə qaz ixracını dayandıra biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
İyulun 10-da Kanada sanksiyalara görə Monrealda ilişib qalmış "Şimal axını 1” üçün turbinini geri qaytarmağa razılaşıb. Ölkə iki il ərzində boru kəməri avadanlıqlarının təmirini də təsdiqləyib.
İyulun 15-də isə Almaniya müvafiq olaraq avqustun 1-dən və dekabrın 31-dən etibarən Rusiyadan kömür və neft alışını dayandıracağını açıqlayıb. Əvvəllər bu enerji daşıyıcılarının 40%-i Rusiyadan gətirilirdi.
Aydın