Xəbər lenti

Almaniya Rusiyanı cilovlamaq üçün plan hazırlayır - Soyuq müharibədən sonra ilk
Dünya12:58 25.01.2024

Almaniya Rusiyanı cilovlamaq üçün plan hazırlayır - Soyuq müharibədən sonra ilk

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya Soyuq müharibə bitdikdən sonra ilk dəfə olaraq müdafiə planı hazırlamağa başlayıb ki, onun əsas məqamlarından biri Rusiyanı cilovlamaqdır. 
Qaynarinfo xəbər verir ki, bu barədə MDR teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, planın hazırlanması Ukraynada müharibəyə reaksiyadır. Alman tərəfi sənəddə müasir müharibə təcrübəsini nəzərə almaq və Rusiya Federasiyası tərəfindən mümkün təxribatlara, kiberhücumlara və dezinformasiyaya diqqət yetirmək istəyir.
MDR-ə görə, plan həm də NATO-nun şərq cinahının müdafiəsində alman qoşunlarının aparıcı rolunu təmin edəcək.
Bu sənədə gələn çərşənbə günü Berlində bir sıra ekspertlərin və NATO-ya üzv ölkələrin nümayəndələrinin iştirakı ilə baxılacağı və planın nəhayət 2024-cü ilin mart ayının sonuna kimi təsdiqlənəcəyi gözlənilir.
Yanvarın 23-də ZDF televiziyasında çıxış edən Almaniyanın müdafiə naziri Boris Pistorius almanları Rusiya ilə mümkün hərbi münaqişə təhlükəsini dərk etməyə çağırıb. O vurğulayıb ki, belə bir ssenariyə hazırlaşmaq və onun baş vermə ehtimalını nəzərə almaq lazımdır.
Almaniya Müdafiə Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, ölkə münaqişə zamanı silahlanmalıdır və artıq NATO müttəfiqləri ilə birlikdə bu istiqamətdə işləyir. O, həmçinin Baltikyanı ölkələrdə 2027-ci ilə qədər tam döyüşə hazır olacaq alman briqadasının yaradılması ideyasını ifadə edib.
Aydın