Xəbər lenti

Almaniya Rusiyanın nüvə sektoruna sanksiyalar qoyulmasını istəyir
Dünya11:35 15.04.2023

Almaniya Rusiyanın nüvə sektoruna sanksiyalar qoyulmasını istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya hökuməti Rusiyanın nüvə sektorunun Avropa İttifaqı (Aİ) sanksiyalarının 11-ci paketinə daxil edilməsinin tərəfdarıdır.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi nazirinin müavini Robert Habek DPA agentliyinə müsahibəsində bildirib. 
O hesab edir ki, Rusiyanın enerji resurslarından asılılığından istifadə edərək təzyiq göstərir.
"Nüvə texnologiyası Rusiyanın artıq "etibarlı tərəfdaş” hesab oluna bilməyəcəyi "çox həssas sahədir. Almaniya hökuməti indi Avropa Komissiyasına mülki nüvə sektorunun daxil edilməsi zərurəti barədə bildirib”, deyə nazir müavini qeyd edib.
Ehtimal olunur ki, 11-ci sanksiyalar paketi əvvəllər tətbiq edilmiş məhdudiyyətlərdən yan keçmə cəhdləri ilə mübarizəyə yönəldiləcək. 
"Politico” yazır ki, Avropa İttifaqı Pasxa bayramından sonra Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək. 
Fevral ayında Avropa parlamenti Rosatom-un Aİ-dən çıxarılmasını və Rusiyadan uran idxalının dayandırılmasını tələb edən qətnamə qəbul edib. Macarıstan Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkə heç vaxt Rusiyanın nüvə enerjisi sənayesinə qarşı sanksiyaları dəstəkləməyəcək. Aprel ayında Polşa və Baltikyanı ölkələr Rosatom və onun İdarə Heyətinin üzvlərinə qarşı sanksiyalar təklif ediblər. Robert Habek Rusiyadan atom elektrik stansiyaları üçün uran alan ölkələrə qarşı məhdudiyyətlərin tətbiqinin tərəfdarıdır.
Nizami Bağırov