Xəbər lenti

Almaniya Rusiyaya qarşı yeni sanksiyalar növü ilə gündəmə gəldi
Dünya08:31 06.04.2024

Almaniya Rusiyaya qarşı yeni sanksiyalar növü ilə gündəmə gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya Rusiyadan təbii qaza əsaslanan kimyəvi xammalın idxalına məhdudiyyət tətbiq etməyi təklif edib. 
Qaynarinfo xəbər verir ki, bu təşəbbüslə Almaniya Bundestaqının Xristian Demokrat və Xristian Sosial İttifaqından (CDU/CSU) deputatları çıxış ediblər.
"Federal hökumət təbii qaza əsaslanan Rusiya kimyəvi xammalının Aİ-yə idxalına rüsumların artırılması və ya digər tədbirlərin tətbiqi imkanlarını necə qiymətləndirir və bu hərəkətlər, federal hökumətin fikrincə, dünya ərzaq təminatına mənfi təsir göstərəcəkmi?” – deputatlar soruşublar.
Bundan əvvəl Avropa İttifaqı Rusiya taxılının idxalına rüsumlar tətbiq etmək barədə düşünürdü. Bu arada, Rosselxoznadzor əmindir ki, bu cür tədbirlər həyata keçirilsə, Moskvaya heç bir ziyan vurmayacaq, əksinə avropalı təchizatçıların özlərini vuracaq.
Alpər