Xəbər lenti

Almaniya Suriya qərarını verdi
Dünya07:31 02.09.2013

Almaniya Suriya qərarını verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniya ABŞ-ın Suriyaya həyata keçirəcəyi hərbi müdaxiləyə qatılmayacaq. 

Qaynar.info xəbər verir ki, bunu Almaniyanın kansleri Angela Merkel bazar günü verdiyi açıqlamasında deyib. 

Merkel seçkidə əsas rəqibi olan Peer Steynbrukla qatıldığı depatda, "Xeyr, Almaniya qatılmayacaq. Almaniya sadəcə BMT, NATO, və Avropa Birliyinin təlimatından sonra iştirak edəcək" açıqlamasını verib. 

Qeyd edək ki, bir neçə gün əvvəl də xarici işlər naziri Quido Vestervelle də mətbuata verdiyi açıqlamasında hərbi müdaxiləyə qatılmayacaqlarını demişdi. 

Qaynar.info