Xəbər lenti

Almaniya tarixində ilk dəfə iftar yeməyi verdi
Dünya11:15 31.07.2013

Almaniya tarixində ilk dəfə iftar yeməyi verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeməyə müsəlman ölkələrinin Berlindəki səfirləri, qeyri-hökümət təşkilatları və media nümayəndələri dəvət olunublar

Almaniya Xarici İşlər Naziri müsəlmanlara iftar süfrəsi verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən, müsəlman ölkələrinin Berlindəki səfirləri, qeyri-hökümət təşkilatları və media nümayəndələrinin dəvət olunduqları bu iftar yeməyinə Birləşmiş Ərəb Əmirlikləri xarici işlər naziri Abdullah Bin Zayid el-Nahyan da gəlib.

Almaniyanın Xarici İşlər Naziri Quido Vestervelle çıxışında bildirdi ki, İslam dünyası ilə dialoqda olmaq Almaniyanın önəm verdiyi mövzulardan biridir. O, həm də, Misir və Suriya kimi İslam ölkələrinin bu mübarək ayı əmin-amanlıq içində keçirməməsinin üzücü olduğunu bildirdi.

İftar vaxtı zəng səsi ilə bildirilib.

Yeməkdən sonra Türkiyədən olan dini işlər üzrə səlahiyyətli şəxs iftar vaxtının gəldiyini azanla bildirilmədiyini irad tutub. Buna cavab olaraq Guido Vestervelle - “İlk dəfə iftar yeməyi verdiyimizə görə bəzi xətalarımız ola bilər. İnşallah gələn il düzəldərik bunları. Ancaq azanı mənim oxumağımı gözləməyin. Buna görə problemlrim ola bilər” - deyə məzəli cavab verib.

O, bundan sonra hər il mütəmadi olaraq iftar ziyafəti verməyi planlaşdırdığını da qeyd edib.


Qaynar.info