Xəbər lenti

Almaniya Ukraynanı HHM və radar sistemləri ilə təmin edəcək
Dünya12:45 01.06.2022

Almaniya Ukraynanı HHM və radar sistemləri ilə təmin edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya yaxın həftələrdə müasir hava hücumundan müdafiə raketləri və radar sistemləri göndərməklə Ukraynaya silah tədarükünü artıracaq.
Qaynarinfo "Politico” saytına istinadla xəbər verir ki, bu barədə Almaniyanın kansleri Olaf Şolts bildirib.
Şolts aylardır Almaniyadakı və xaricdəki müttəfiqləri tərəfindən Ukraynaya kifayət qədər silah vermədiyi üçün kəskin tənqidlərlə üzləşir. Onu xüsusilə Ukraynaya tank kimi daha ağır silahlarlar göndərməməkdə günahlandırırlar. Çərşənbə günü səhər o, Almaniya parlamentinə bildirib ki, hökuməti Ukraynaya düşmən təyyarələrini vura bilən IRIS-T raketləri kimi silahlar göndərəcək.
"Bu, Almaniyanın ən müasir hava hücumundan müdafiə sistemidir. Bu, Ukraynaya bütöv bir şəhəri Rusiyanın hava reydlərindən qorumağa imkan verəcək”, - kansler bildirib.
"Biz həmçinin Ukraynanı düşmənin haubitsalarını, minaatanlarını və raket artilleriyasını aşkar edən ən müasir izləmə radarı ilə təmin edəcəyik”, - o əlavə edib.
Kansler Almaniyanın silah tədarükünün ABŞ ilə yaxından əlaqələndirildiyini bildirib.
"Biz günlərlə ABŞ-la danışıqlar aparmışıq və onlarla texniki imkanlarımız daxilində kömək edəcəyimizi müzakirə etmişik”, - kansler deyib.
Şolts daha sonra Almaniyanın 12 "Panzerhaubitze 2000” haubitsasının yaxın həftələrdə Ukraynaya tədarük ediləcəyini və Ukrayna əsgərlərinin həmin artilleriya qurğuları üzərində təlimlərinin bir neçə gün ərzində tamamlanacağını bildirib. Almaniya iyul ayında Ukraynaya təlimlə yanaşı, ən azı 15 ədəd Gepard hava hücumundan müdafiə tankı da göndərəcək.
Ukraynanı silahlandırmaqda çox istəksiz olmaqda ittiham edilən kansler Almaniyanın Ukraynaya minlərlə tank və hava hücumu əleyhinə raketlər, 15 milyon patron, 100.000 əl qumbarası, 5000-dən çox tank əleyhinə mina, partlayıcı maddələr, həmçinin Danimarka ilə əməkdaşlıq çərçivəsində pulemyotlar, pilotsuz uçuş aparatları, rabitə vasitələri və tibbi avadanlıqlar, eləcə də modernləşdirilmiş 54 zirehli qoşun daşıyıcısı verildiyini bildirib.
Nurlan Hüseynov