Almaniya Bundesverin ehtiyatlarından Ukraynanı ağır silahlarla təmin edə bilməz.
Qaynarinfo "Der Spiegel”ə istinadla xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristin Lambrext
deyib.
Onun sözlərinə görə, buna görə Berlin Ukraynanı Sovet istehsalı olan ağır silahlarla təmin edə biləcək Aİ və NATO ölkələri ilə danışıqlar aparır.
"Söhbət tanklardan, zirehli transportyorlardan, ayrı-ayrı ölkələrin təmin edə biləcəyi müxtəlif variantlardan gedir. İndi biz danışıqlar aparırıq və indi bu, çox sürətlə baş verir", - Lambrext bildirib.
Ukraynanın bu ağır silahı dəqiq nə vaxt alacağı ilə bağlı suala müdafiə naziri "bu, yaxın günlərdə olacaq", - deyə cavab verib.
"Bütün hərbi ekspertlər əmindirlər ki, qarşıdakı iki həftə Ukrayna və Rusiya arasında mübarizədə həlledici mərhələsi olacaq və biz bu mübarizəni dəstəkləməliyik ki, o, sürətlə bitsin, çünki o, çox sürətlə gedir", - Lambrecht bildirib.
UNİAN-ın bir qədər əvvəl xəbər verdiyi kimi, bu gün məlum olub ki, Olaf Şolzun göstərişi ilə Almaniya Müdafiə Nazirliyi bütün ağır silahları Ukraynaya hərbi yardım siyahısından çıxarıb. Xüsusilə "Leopard” tankları, "Puma” və "Marder” zirehli transportyorları, "Bokser” və "Fuç” zirehli transportyorları siyahıdan çıxarılıb. Belə ki, Ukraynanın rus işğalçılarına qarşı döyüşmək üçün silah-sursatla təmin olunması xahişi üzrə Almaniyaya təqdim etdiyi siyahı 48 səhifədən 24 səhifəyə endirilib.
Ukraynanı ağır silahlarla təmin etməkdən imtina etdiyi üçün Olaf Şolz istefa ilə üzləşə bilər. Xüsusilə, koalisiya daxilində kanslerin qərarından narazılıq artır və müxalifət gələn həftədən Şolza etimadsızlıq elan etmək proseduruna başlaya bilər.
Alpər