Almaniya hakimiyyəti Ukraynanı öz ehtiyatlarından əlavə silahlarla təmin etmək imkanını nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, bu barədə Bundesverin baş müfəttişi Eberard Zorn bildirib.
"Ukrayna silahlı qüvvələri NATO-ya tibbi ləvazimatlardan tutmuş döyüş sursatı və nəqliyyat vasitələrinə qədər çox uzun siyahı göndərib. Görək, onları başqa nə ilə təmin edə bilərik”, - o deyib.
Zorn Ukraynaya hərbi dəstəyin vacibliyini qeyd edib:
"Bütün Qərb tərəfdaşları silah, avadanlıq və sursat tədarük edir. Bu, birlikdə çox şey deməkdir. Əgər zenit silahlarının heç olmasa yarısı məqsədə çatsa, bu, oyunu dəyişə bilər".
Zorn bildirib ki, Almaniya həmçinin NATO-nun şərq cinahına əlavə qüvvələr yerləşdirə bilər, təxminən 150-200 dəniz piyadası yerləşdirilib.
Alpər