Almaniya Ukraynaya silah tədarükünü davam etdirəcəyini vəd edir və artıq qış üçün hərbi yardım paketi hazırlayır, onun əsas elementi hava hücumundan müdafiə sistemləri olacaq.
Qaynarinfo "Tagesschau"ya istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı
bildirib.
Şolts Ukraynaya silah tədarükünü davam etdirəcəyini vəd edib və qeyd edib ki, elan edilmiş paket xüsusilə "hava hücumundan müdafiə üçün lazım olan hər şeyi” ehtiva edəcək.
Qeyd edək ki, bundan əvvəl Almaniya Müdafiə Nazirliyi yeni "Patriot” zenit-raket kompleksini, "İris-T” sistemlərini və "Gepard” zenit qurğularını, habelə döyüş sursatlarını Ukraynaya ötürmək niyyətini açıqlayıb.
Nizami Bağırov