Xəbər lenti

Dünya 18:12 02.02.2023

Almaniya və Hollandiya quru qoşunları tam birləşir

Almaniya və Hollandiya quru qoşunlarının tam birləşməsinə hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, bu haqda "Bloomberg" Hollandiya Kral Ordusunun mətbuat katibi mayor Mark van de Beekə istinadən yazıb. Hollandiyanın quru qoşunlarına üç briqada daxildir, hazırda onlardan ikisi artıq Almaniya silahlı qüvvələrinə inteqrasiya olunub.

Van de Beek aprel ayında 3000 nəfərlik sonuncu, üçüncü briqadanın Alman ordusuna inteqrasiya oluna biləcəyini söyləyib. Yekun qərar indi krallığın hökuməti tərəfindən müzakirə olunur.

İki ölkə ordusunun inteqrasiyası nəticəsində 50 min nəfərlik quru qoşunlarının birgə qrupu yaradılmalıdır ki, bunun da 8 mini Hollandiyadan olan hərbçilərdir. Bundesverlə inteqrasiya planına təkcə Niderland Korps Commandotroepen ordusunun elit xüsusi bölməsi daxil deyil.

Van de Bekin sözlərinə görə, Hollandiya və Almaniya hərbi texnikanın birgə alınması və hərbi nizamnamələrin uyğunlaşdırılması imkanlarını da nəzərdən keçirir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?