Xəbər lenti

Almaniya və Niderland Aİ-nin müdafiə xərclərinin artırılmasına qarşıdır -
Dünya 15:00 28.06.2024

Almaniya və Niderland Aİ-nin müdafiə xərclərinin artırılmasına qarşıdır - "Bloomberg"

Almaniya və Niderland Aİ-nin müdafiə xərclərini artırmaq üçün maliyyələşmədə irəliləyiş əldə etmək çağırışları ilə razılaşmır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb

Nəşrin mənbələrinə görə, Almaniya kansleri Olaf Şolts ittifaqın imkanlarındakı boşluqları bağlamaq üçün ümumi xərclərin artırılması ilə bağlı fikiri dəstəkləmir. "Bloomberg” bunu Almaniyanın daxili büdcəsindəki problemlərlə əlaqələndirir.

Nəşr yazır ki, cümə axşamı başlayan Aİ sammitində liderlər Rusiyanın Ukraynaya qarşı müharibəsinin qızğın vaxtında, Almaniya və Niderland müdafiənin gücləndirilməsi və sürətləndirilməsini müzakirə etmək əvəzinə, xərclərin artırılması üçün maliyyələşdirmə variantlarında irəliləyiş əldə etmək çağırışları ilə razılaşmır.

Qızğın müzakirə zamanı bəzi liderlər, xüsusən də Danimarka və Polşadan olan liderlər qeyd ediblər ki, yaxşı ki, burada nə Rusiya nümayəndələri, nə də Ukrayna prezidenti Volodimir Zelenski iştirak edir. 

Şolts maliyyələşmə ilə bağlı istənilən irəliləyişin qarşısını almaq üçün Niderlandın Baş naziri Mark Rüttenin dəstəyinə arxalana bilər. Hər ikisi digər variantlar tükənənə qədər əlavə Avropa resurslarına, o cümlədən ümumi borclara qarşıdır.

Aİ diplomatlarından biri deyib ki, NATO-nun növbəti baş katibi olacaq Ruttenin maliyyələşmənin ləngiməsi ilə bağlı mövqeyi gələcək vəzifəsinə görə şokedicidir. Haaqa Avropa fondlarından istifadəyə razılıq verməzdən əvvəl ehtiyacların dəqiq qiymətləndirilməsini, təkmilləşdirilmiş daxili müdafiə bazarının, daha yaxşı satınalmaların və özəl kapitala daha asan çıxışın olmasını istəyir.

Bununla belə, Aİ diplomatları hesab edirlər ki, Almaniyanın etirazı Rusiyanın Ukraynaya müdaxiləsi və artan geosiyasi risklər fonunda blokun müdafiə qabiliyyətinin artırılması ilə bağlı müzakirələri dayandırmayacaq.


Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->